Tay massajı üçün getdiyi salonda zorlandı

Tay massajı üçün getdiyi salonda zorlandı
  02 Oktyabr 2023    Oxunub:1512
Rusiyada massajçı iş zamanı müştərisini zorlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb.

Qeyd edilir ki, hadisə Moskva vilayətində baş verib. Moskva yaxınlığındakı Krasnoqorsk şəhərinin 26 yaşlı sakini Çvetnoy bulvarının yaxınlığında yerləşən “Sun Thai” salonuna gəlməyinə peşman olub.

Çünki Tay massajına başlayan işçi sonradan qıza cinsi təcavüz edib.

Zərərçəkən salonda arzuolunmaz hadisə ilə rastlaşdıqdan sonra polis bölməsinə gedib. Hüquq-mühafizə orqanları qızın şikayəti ilə bağlı araşdırmalara başlayıb.

Hadisə sosial şəbəkələrin rus seqmentində də rezonans doğurub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Masaj  





Xəbər lenti