Bəhailərdən İrana ittiham
“İranın hakimiyyət orqanları bəhailərə dini bayramlarını qeyd etmək üçün dükanlarını bağlamağa icazə vermədiyi halda, onların bizneslərini bağlayırlar. İran hökumətinin bəhai vətəndaşlarına iqtisadi təzyiqləri təkcə onların həmkarlar ittifaqlarını bağlaması ilə məhdudlaşmır. Hakimiyyət qüvvələrinin təzyiqləri nəticəsində bəhai vətəndaşları öz işlərindən də qovulub”, - Sabityan əlavə edib.
Hələ 2016-ci ilin noyabrında Bəhai icmasının xəbər xidməti İranda, o cümlədən Sari, Qaimşəhr və Bəndər Abbas şəhərlərində bəhailərə məxsus yüzdən çox mağazanın möhürləndiyini bildirmişdi. Bu mağazalar Bəhai bayramları münasibətilə iki gün bağlandıqdan sonra möhürlənib.
İranda bəhai vətəndaşları 1979-cu il fevral İslam inqilabından sonra sistematik olaraq edamlara, əmlaklarının müsadirəsinə, geniş ictimai və siyasi ayrı-seçkilik və qanunsuz rəftara, o cümlədən özbaşına həbslərə və ziyarətgahlarının təhqirinə məruz qalıblar.
AzVision.az