Məktəbdəki sıxlığa görə dərslər keçmiş tibb məntəqəsində keçirilir - VİDEO
Qeyd olunub ki, 240 şagird yerlik məktəbdə hazırda 1 000-dən çox şagird 4 növbə üzrə təhsil alır. Sıxlıq səbəbindən bu il 5 yaşlıların məktəbə qəbulu olmayıb.
Müəllim və valideynlər iddia ediblər ki, şagird sıxlığı səbəbindən dərslər yaxınlıqda olan, əvvəllər tibb məntəqəsi kimi fəaliyyət göstərmiş binada keçilir.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbində şagird sıxlığı səbəbindən 5-ci ildir, yaxınlıqda yerləşən, əvvəllər ambulator mərkəz kimi fəaliyyət göstərmiş fiziki şəxsə məxsus binadan istifadə edilir. Təhsil müəssisəsinin həyətyanı sahəsində 660 şagird yerlik yeni korpusun tikintisi üçün Elm və Təhsil Nazirliyinə təqdimat yazılıb və bunun Dövlət proqramına salınması nəzərdə tutulub.
Ətraflı süjetdə:
AzVision.az
Teqlər: Məktəb