"Azərenerji": "Laçında həlak olanlar əməkdaşlarımız deyil"

  "Azərenerji": "Laçında həlak olanlar əməkdaşlarımız deyil"
  19 Sentyabr 2023    Oxunub:2246
Bu gün Laçın rayonunun Mollalar kəndində ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olmuş Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu “Azərenerji” ASC-nin əməkdaşları deyil.
Bu barədə AzVision.az -a qurumdan bildirilib. Məlumata görə, onlar ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.

09:54

Bu gün saat 09:00 radələrində Laçın rayonunun Mollalar kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan AzVision.az -a bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti