5-ci mərtəbədən yıxılsa da, sağ qaldı

 5-ci mərtəbədən  yıxılsa da, sağ qaldı
  31 Avqust 2023    Oxunub:1826
Tailandda bir nəfər otelin beşinci mərtəbəsindən yıxılsa da sağ qalıb. O, xəstəxanaya yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Asia One məlumat yayıb.

Qeyd edilir ki, hadisə Krabi əyalətində baş verib.

"Sinqapur vətəndaşı yalnız bir gecə qalmağı planlaşdırdığı "Krabi Seabass" otelinə daxil olandan bir saat sonra beşinci mərtəbədəki otağın pəncərəsindən yıxılıb. O, yerə düşməzdən əvvəl plastik qurğulara dəyib. Nəticədə vətəndaş qançır və cızıqlar, yüngül zədələr alıb. Buna baxmayaraq, hadisə şahidləri təcili yardım çağırıb və həkimlər kişini əlavə müayinə üçün xəstəxanaya aparıblar", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Tailand  





Xəbər lenti