Qabonda ordu prezident seçkilərinin nəticələrini ləğv etdi, paytaxtda atışma gedir

Çevriliş Qabonun hazırkı prezidenti Əli ben Bonqo Ondimbanın seçkilərdə üçüncü müddətə yenidən seçildiyini və onun 64,2% səs qazandığını elan etdikdən dərhal sonra baş verib.
Baş tutan prezident seçkilərində 14 namizəd iştirak edib. Dövlət başçısının əsas rəqibi 30,7% səs toplayan Albert Ondo Ossa olub.
Hazırda paytaxt Librevil şəhərində avtomat silahlardan istifadə edilməklə atışma gedir. Ordu sərhədlərin bağlandığını da bəyan edib.
AzVision.az
Teqlər: