Putin və Ərdoğan danışıqlardan sonra bir sıra sazişlər imzalaya bilərlər
Agentliyin həmsöhbətinin sözlərinə görə, sazişlərin imzalanması Ankara ilə Moskva arasında münasibətlərin inkişafına yeni təkan verə bilər, lakin hər şey görüşün nəticələrindən asılı olacaq.
Bir gün əvvəl “Habertürk” telekanalı mənbələrə istinadən Putinlə Ərdoğan arasında danışıqların sentyabrın 4-də Soçidə baş tutacağını bildirib.
Avqustun 28-də Türkiyə prezidentinin baş müşaviri, səfir Akif Çağatay Kılıç NTV telekanalına müsahibəsində bildirib ki, Ankara iki dövlət başçılarının tezliklə görüşünün təmin edilməsini prioritet hesab edir.
Həmçinin, Ərdoğan rusiyalı həmkarı ilə sentyabrın 20-22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası başlamazdan əvvəl görüşməyi planlaşdırır.
AzVision.az
Teqlər: