Qrossi: İranın nüvə proqramının monitorinqi mexanizmi olmalıdır
“İran uranı 60% səviyyəsində zənginləşdirir. Biz yanvar ayında nümunələr götürdük və 84% zənginləşdirmə tapdıq. Tehranın bir neçə nüvə silahı üçün kifayət qədər nüvə materialı var. İranın nüvə silahı yoxdur və onu istehsal etmək qabiliyyətinə malik olmaq ilə nüvə silahına malik olmaq arasında fərq qoyulmalıdır. Amma hazırda elə bir nöqtəyə qayıtmaq vacibdir ki, İranın nüvə proqramı razılaşma və ya mexanizm əsasında yenidən yoxlana bilsin. Heç kim iranlıların zənginləşdirmək istəyinin əleyhinə deyil, lakin onlar bu səviyyədə zənginləşdirilmiş uranla nə etmək istədiklərini beynəlxalq ictimaiyyətə açıqlamalıdırlar”, - Qrossi deyib.
Uranın 84% səviyyəsində zənginləşdirilməsi iddiasını rədd edən Tehran, bunun planlaşdırılmadığını bildirib.
Son günlər İsrail rəsmiləri ölkə mətbuatına İranın nüvə proqramında zənginləşdirmə səviyyəsinin 90%-ə çatacağı halda, ona qarşı hərbi əməliyyatlar aparılacağını barədə açıqlamalar veriblər.
Öz nüvə proqramının dinc xarakter daşıdığını dəflərlə vurğulayan İran isə onun nüvə silahına yiyələnmək cəhdi barədə bütün bəyanatları inkar edir.
AzVision.az