İranın Genavə limanında sahil zolağı və dəniz çirklənib - Video
Genave Ətraf Mühitin mühafizəsi təşkilatının rəhbəri Kambiz Abdullahi də bu çirklənmənin səviyyəsini “ifrat” şəkildə olduğunu deyib.
Yarım əsrdən də əvvəl işə salınan bu kəmər Genavə limanını İranın ən böyük neft ixracı terminalı olan Xark adasına birləşdirir. Ötən onilliklər ərzində İran köhnə neft kəmərlərinin yenilənməsinə çox böyük sərmayə qoymadığından, son vaxtlar İranın cənubundakı sahil və dənizlərdə neft sızıntıları ilə bağlı ciddi qəzalar baş verir.
2019-cu ilin sentyabrında Xark adasındakı boru kəmərindən neft sızması genişmiqyaslı çirklənməyə səbəb oldu və bu Genava sahillərinə qədər davam etdi. İran hakimiyyəti isə insidentdən səkkiz gün sonra və yalnız 20 kilometrlik neft ləkəsinin şəkilləri yayımlanandan sonra qəzanın yaşandığını təsdiqlədi.
AzVision.az