Kinopsixologiya - 1: “Harri Potter”in psixoloji-fəlsəfi sirləri - VİDEO

      Kinopsixologiya - 1:    “Harri Potter”in psixoloji-fəlsəfi sirləri -    VİDEO
  18 Avqust 2023    Oxunub:7539
Filmlər həm də populyar psixologiya üçün çox gözəl əyani vəsait ola bilərlər. Demək olar, hər filmdə maraqlı psixotip kimi diqqəti çəkən azı bir qəhrəman olur. Amma bəzi filmlər var ki, oradakı personajları təhlil etməklə psixologiya haqqındakı biliklərimizi xeyli genişləndirə bilərik.
AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov və klinik psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Fuad Əsədov “Kinopsixologiya” layihəsində klassikaya çevrilmiş filmlərdəki qəhrəmanların psixologiyasını təhlil etməklə eyni zamanda bir neçə suala cavab tapmağa çalışacaqlar.

İlkin olaraq Harri Potter haqqındakı serial götürülüb. Həmin əsərin dünyasındakı qəhrəmanları bu qədər maraqlı, cazibəli, qorxulu, sevimli edən nədir? Söhbəti dinləyin və sizə aydın olacaq ki, hətta ən cəsarətli fantaziya belə reallığın maskalanmış əksindən başqa heç nə deyil.




Teqlər: Kinopsixologiya   Harri-Potter   Psixologiya   Kino  





Xəbər lenti