84 yaşlı qadının bətnində 40 yaşlı döl tapılıb

   84 yaşlı qadının bətnində 40 yaşlı döl tapılıb
  17 Avqust 2023    Oxunub:1822
Meksikanın şimalındakı Duranqo əyalətində qarın ağrısı ilə xəstəxanaya müraciət edən 84 yaşlı qadının qarnında 40 illik döl tapılıb.
AzVision.az xəbər verir ki, döl qadının qarın ağrısı ilə xəstəxanaya müraciəti zamanı aşkarlanıb.

Müayinə nəticəsində dölün təxminən 40 yaşında olduğu müəyyən edilib. Həkimlər uşaqlıqdan kənar hamiləlik nəticəsində körpənin 40 həftəyə qədər uşaqlıqdan kənarda inkişaf etdiyini və hamiləliyin kəsilməsinə baxmayaraq, doğumun baş tutmaması səbəbindən qadının bətnində qaldığını bildiriblər.

Həkimlər dölün çıxarılması üçün istənilən cərrahi müdaxilənin qadının yaşına görə riskli olduğunu qeyd ediblər.

Bu hadisə tibb ədəbiyyatında “Litopedion” kimi tanınır. Daş körpə olaraq da adlandırılan və çox nadir hallarda görülən litopedion ektopik hamiləlik zamanı körpənin ana bətnində öldüyü, lakin bədəndən xaric oluna bilmədiyi üçün meydana gəlir. Ana bətnində qalan körpə zamanla orqanizmin qoruyucu mexanizmi ilə ahənglənir və ölmüş dölün ananı zəhərləməsinin qarşısı alınır.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti