Qoxuların sağlamlığa necə təsir etdiyi müəyyən edilib

Qoxuların sağlamlığa necə təsir etdiyi müəyyən edilib
  15 Avqust 2023    Oxunub:1345
Drezden Texniki Universitetinin (Almaniya) alimlər qrupu müxtəlif qoxuların insan sağlamlığına təsir edə biləcəyini müəyyən ediblər.
Tədqiqatçıların işinin nəticələri “Nature” jurnalının saytında dərc olunub. Müəlliflər qoxuların yuxu keyfiyyətinə təsirini qiymətləndirməyi planlaşdırıblar. Bunun üçün komanda laurinin (kakao yağı əvəzedicisi), portağalın və xüsusi olaraq yaradılmış qoxunun xüsusiyyətlərini öyrəniblər.

Təcrübədə iki həftə ərzində yuxularının keyfiyyətini qiymətləndirən 139 nəfər iştirak edib, müəlliflər həmçinin fizioloji parametrlər haqqında məlumat toplayıblar. Daha sonra təcrübə təkrarlanıb, lakin bu dəfə iştirakçılar yuxarıda qeyd olunan qoxuları burunlarına qidalandıran xüsusi cihazla yatıblar.

Nəticələr göstərib ki, bəzi aromalar yuxuya və ümumi rifaha müsbət təsir göstərib, bəzi aromalar isə əksinə, sağlamlığı pisləşdirib. Lakin qoxular heç bir şəkildə fizioloji parametrlərə təsir göstərməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti