Alkoqolun xərçəngin təkrarlanmasında əlaqəsi yoxdur

  Alkoqolun xərçəngin təkrarlanmasında əlaqəsi yoxdur
  10 Avqust 2023    Oxunub:1186
"Kaiser Permanente"dən olan həkimlər müəyyən ediblər ki, spirt istehlakı süd vəzisi xərçənginin təkrarlanması və xəstəlik səbəbindən ölüm riskinin artması ilə əlaqəli deyil.
Alimlərin araşdırması " Cancer " jurnalında dərc olunub. Qeyd olunub ki, spirtli içki qəbul edən qadınların süd vəzi xərçənginə tutulma riski yüksəkdir və spirtin dozası artdıqca risk də artır.

"Bu səbəbdən spirtli içki qəbulunun xərçəngin təkrarlanma riskini artıra biləcəyini düşündük. Ancaq araşdırmamız belə bir əlaqəni göstərmədi. Təhlil üçün tədqiqat qrupu invaziv döş xərçəngi diaqnozu qoyulmuş 3 600 qadının məlumatlarından istifadə edib. Bütün iştirakçılar içmə tezliyi ilə bağlı anket doldurublar.

Sonrakı 11 il ərzində 524 qadında süd vəzi xərçəngi təkrarlanıb və 1500-dən çox qadın müxtəlif səbəblərdən vəfat edib. Nəticələr göstərib ki, normada istehlak edilən spirt çox vaxt xəstəliyin təkrarlanması və pis nəticə ilə əlaqəli deyil", - məqalədə deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti