Trüdodan çəhrayı rəngli geyimlə "Barbi" paylaşımı

Trüdodan çəhrayı rəngli geyimlə  "Barbi" paylaşımı
  07 Avqust 2023    Oxunub:1724
Kanadanın baş naziri Castin Trüdo İnstaqramda maraqlı paylaşım edib. O, böyük oğlu ilə kinoteatrda “Barbi” filminin posterinin qarşısında çəkdirdiyi şəkli paylaşıb.
Məşhur siyasətçi 15 yaşlı oğlu Xavierlə olan fotosu haqqında yazıb ki,: “Biz Barbi komandasıyıq”.

"Barbi" filminə baxmağa gələn Trüdo çəhrayı sviter, oğlu isə açıq qırmızı rəngli köynək geyiniblər.

Qeyd edək ki, hazırda bütün dünyanın danışdığı "Barbi" ardıcıl üçüncü həftədir ki, ABŞ və Kanadada birinci yerdədir. Film bu iki ölkədə 459 milyon dollar gəlir əldə edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Kanada  





Xəbər lenti