İtkin düşən alpinistin qalıqları 37 ildənsonra tapıldı

İtkin düşən alpinistin qalıqları 37 ildənsonra tapıldı
  29 İyul 2023    Oxunub:1499
İsveçrənin Matterhorn dağı yaxınlığındakı buzlaqda insan qalığı tapılıb. Onun 1986-cı ildən itkin düşən alman alpinistinə aid olduğu təsdiqlənib.
Polis alpinistin adını açıqlamasa da, 1986-cı ildə dağdan yoxa çıxan kişi alpinistin 38 yaşında olduğunu qeyd edib.

BBC-nin məlumatına görə, 37 ildən sonra itkin düşən alpinistin tapılması iqlim böhranı səbəbindən əriyən dağ buzlaqlarının gətirdiyi son tapıntı olub. Alpinistin meyidi iyulun əvvəlində Zermattdakı Teodul buzlaqından keçən bir qrup alpinist tərəfindən tapılıb. Alpinistlər buzlaqda bir cüt yürüyüş ayaqqabısı və kramponlar görübdülər. Tapıntıların DNT testi nəticəsində məlum olub ki, meyidin adı hələ açıqlanmayan və 37 ildir itkin düşmüş alpinistə məxsusdur.

Qeyd edək ki, 1979-cu ildə itkin düşən ingilis alpinist Conatan Konvilin meyidi 2014-cü ildə helikopter pilotu tərəfindən havadan aşkar edilmişdi. Bir il sonra Matterhorn buzlaqının ucunda iki yapon alpinistinin nəşi tapılmışdı və bu iki alpinistin 1970-ci ildə qar fırtınası zamanı itdiyi bildirilib.

Dağ buzlaqlarının əriməsi hətta 2022-ci ildə İsveçrə ilə İtaliya arasındakı sərhədin dəyişməsinə səbəb oldu. Müvafiq olaraq, iki ölkə arasındakı sərhəd “drenaj bölgüsü”ndə, yəni ərimiş suyun ölkələrdən birinə doğru axdığı nöqtədə müəyyən edilib. Lakin buzlaqın əriməsi bu drenaj bölməsinin mövqeyini də dəyişib. Belə ki, əvvəllər İtaliyada olan Rifugio Guide del Cervino dağı texniki cəhətdən İsveçrəyə aiddir. Bu hadisədən sonra iki ölkənin nümayəndə heyətləri yeni sərhədin necə çəkiləcəyi ilə bağlı danışıqlara başlayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti