Müsahibədən sonra Ölüm Vadisinə girərək öldü

   Müsahibədən sonra    Ölüm Vadisinə girərək öldü
  28 İyul 2023    Oxunub:1992
Amerikalı səyyah Stiven Karri Cənubi Kaliforniyada faciəvi şəkildə vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə "Texnokult" məlumat yayıb. Onun planetimizin ən isti yeri sayılan məşhur Ölüm Vadisində öldüyü bildirilir. Maraqlıdır ki, 71 yaşlı Karri ölümündən bir neçə saat əvvəl Los Angeles Times qəzetinin jurnalistləri ilə görüşərək qlobal istiləşmə problemini müzakirə edib.

Müsahibə zamanı Stiven metal yol işarəsinin kölgəsində oturub. Hansı ki, o, yüzlərlə metr məsafədə kölgə salan yeganə obyekt sayılır.

O, qeyd edib ki, dayandığı yerdə artıq temperatur 52°C-ə çatıb. Hətta gecə saat 1-də də burada termometr 49, səhər tezdən isə 40,6 dərəcədən aşağı düşmür.

Buna baxmayaraq, o, Ölüm Vadisini keçməyə qərar verib. Lakin o fiziki və digər imkanlarını hesablamayıb. Dəhşətli istilər əvvəlcə Karrinin huşunu itirməsinə, sonra isə ölümünə səbəb olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Səyyah  





Xəbər lenti