Qan şəkəri ilə yuxu arasında əlaqə aşkarlanıb

   Qan şəkəri ilə yuxu arasında əlaqə aşkarlanıb
  24 İyul 2023    Oxunub:1674
Qan şəkərinin səviyyəsi ilə yuxu arasında əlaqə tapılıb.
“Cell Reports Medicine” yazır ki, bu qənaətə Armerkna alimləri gəlib. Mütəxəssislər hesab edirlər ki, dərin yuxu zamanı orqanizm qandan daha çox qlükozanı udmağa başlayır və şəkər səviyyəsində kəskin sıçrayışların qarşısı alınır.

Tədqiqatda 600 nəfər iştirak edib. Alimlər yuxunun müxtəlif dövrlərində beyin dalğalarının fəaliyyəti haqqında məlumat toplayıblar, ertəsi gün müəlliflər şəkərin səviyyəsini müəyyən etmək üçün qan testi aparıblar.

Məlum olub ki, dərin yuxu zamanı yaranan güclü beyin dalğaları parasimpatik sinir sisteminin aktivləşməsinə gətirib çıxarır ki, bu da stress səviyyəsini azaldır. Bu, bədənin insulinə həssaslığına təsir göstərir, bu da qandan qlükozanın udulmasına kömək edir, qanda şəkərin artmasının qarşısını alır.

AzVision.az



Teqlər:





Xəbər lenti