Nazir Bərdədə əhalini qəbul edib

Nazir Bərdədə əhalini qəbul edib
  31 May 2014    Oxunub:1004
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri Ramil Usubov mayın 31-də Bərdə Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbulda Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Coranboy, Naftalan və Xocalı rayonlarından olan 55 nəfər iştirak edib.

Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün qəbulda iştirak edən aidiyyəti Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Polis fəaliyyətinə aid olan müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb, digər ərizələrin aidiyyəti dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılıb.

Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, sözügedən rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 324 nəfər də qəbulda iştirak edib. General-polkovnik R.Usubov onların arasından daha yararlı və hazırlıqlı olan 65 gənci seçərək sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq göstəriş verib.

Tədbirdə iştirak edənlər vətəndaşların qəbuluna və müraciətlərinə diqqətlə, xüsusi həssaslıqla və operativ şəkildə yanaşılması barədə məlum tapşırığın yüksək səviyyədə icrasına, onların problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Teqlər:





Xəbər lenti