Rusiya paytaxtının bu məşhur tibb müəssisəsində müalicə olunan uşaqlara nağıl qəhrəmanlarının iştirakı ilə animasiya proqramı göstərilib. Klounlar və fokusçular bayram şənliyinin qonaqlarını əyləndirirdi. Estrada artistləri əlvan şarlardan və toplardan istifadə etməklə balacalar üçün maraqlı oyunlar, sabun qovuqcüqları şousu təşkil ediblər. S.V.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları tibb mərkəzinin qış bağında improvizə edilmiş səhnədə “Sehirli çiçək” adlı musiqili tamaşa göstəriblər.
Elmi-praktiki mərkəzin direktor müavini professor Timur Şaroyev xəstə uşaqlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirərək qeyd edib ki, ağır xəstəliklər keçirmiş uşaqların reabilitasiyasında hər bir təbəssüm, hər bir xoş söz dəyərlidir.