Britaniyada 56 il əvvəl itkin düşən kişinin qalıqları tapılıb

Britaniyada 56 il əvvəl itkin düşən kişinin qalıqları tapılıb
  12 İyun 2023    Oxunub:1598
Böyük Britaniyada 56 il əvvəl itkin düşən kişinin qalıqları təsadüfən tapılıb.
Bu barədə Daily Mail qəzeti yazıb. Nəşrin yazdığına görə, Nottingemşirdəki tarlada kənd təsərrüfatı işləri zamanı işçilər insana aid olan sümük qalıqları tapıblar.

Sonradan məlum olub ki, qalıqlar 1967-ci ilin əvvəllərində həmin yerlərdə yoxa çıxan şaxtaçıya məxsusdur. 54 yaşlı Alfred Suinsko Pinkston kəndindəki bardan çıxandan sonra müəmmalı şəkildə yoxa çıxıb.

İtkin düşən Suinskonun 60 yaşlı nəvəsinin köməyi ilə qalıqların kimliyini müəyyən etmək mümkün olub.

AzVision.az


Teqlər:





Xəbər lenti