İlham Mirzəyevin həbsdə halı pisləşib

İlham Mirzəyevin həbsdə halı pisləşib
  31 May 2014    Oxunub:1049
Aprelin 12-də Nərimanov Rayon Məhkəməsində barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilən tanınmış teleaparıcı İlham Mirzəyevin hüquqlarını bundan sonra daha bir vəkil müdafiə edəcək.
Bu barədə aznews.az-a eyni zamanda Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, həbsdə olan vitse-admiral Şahin Sultanovun da hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məlumat verib. Vəkil bildirib ki, hər iki müvəkkili Bakı İstintaq Təcridxanasında eyni kamerada saxlanıldığından onlarla eyni vaxtda görüşür.

A.Məmmədovun sözlərinə görə, İlham Mirzəyevin əhval-ruhiyyəsi yaxşı olsa da sağlamlığında olan problemlər yenidən özünü büruzə verməyə başlayıb: “İlham Mirzəyevin bir neçə xəstəliyi var. Bildiyiniz kimi, belində və boynunda yırtıqlar var. İndi həmin xəstəlik daha da şiddətlənib. Onu da deyim ki, İlham Mirzəyevin hüquqlarını müdafiə etməyimin onun digər müvəkkilim Şahin Sultanovla eyni kamerada saxlanması ilə heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, keçmiş teleaparıcı İlham Mirzəyev dələduzluqda (Cinayət Məcəlləsinin 178-ci maddəsi) ittiham olunur.


Teqlər:





Xəbər lenti