Pensiyaya görə anasının meyidini betonlayıb hamamda gizlətdi

Pensiyaya görə anasının   meyidini betonlayıb hamamda gizlətdi
  06 İyun 2023    Oxunub:2531
Rusiyanın Moskva vilayətinin Ramenski rayonunun Kratovo kəndində fərdi təsərrüfat ərazilərindən birində yaşlı qadının betonlanmış meyiti tapılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, ölən təqaüdçü imiş və meyiti onun qızı gizlədib. Məqsəd təqaüdçünün pensiyasının kəsilməməsidir.

Hər şey istintaq tədbirləri çərçivəsində qadının evində axtarış aparılarkən üzə çıxıb. Müstəntiqlər duş kabinasının döşəməsinin altında şübhəli beton plitə aşkarlayıblar. Məlum olub ki, bir il əvvəl dünyasını dəyişən 88 yaşlı təqaüdçünün meyidi orada gizlədilib.

Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin yaydığı məlumata görə, 61 yaşlı həmin qadın saxlanılıb.

Saxlanılan qadının oğlu da qalmaqallı cinayət işi ilə bağlı açıqlama verib. O deyib ki, nənə öz əcəli ilə ölübmüş. Lakin onun yaxınları bu barədə heç kimə və heç yerə məlumat verməmək qərarına gəliblər. Çünki mərhumun yüksək pensiyası olub. Yaşlı qadının cəsədi sadəcə duş otağına basdırılıb və burada onun üstünə beton tökülüb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Meyit   Təqaüdçü  





Xəbər lenti