İnsan DNT-sini məhv edən məşhur şəkər əvəzedicisi

  İnsan DNT-sini məhv edən  məşhur şəkər əvəzedicisi
  06 İyun 2023    Oxunub:2581
Pəhriz qidalarında geniş istifadə olunan süni dadlandırıcı sukraloza (Spenda adı ilə satılır) hüceyrə daxilindəki DNT-ni zədələyə bilər.
Bunu Karolinska Universitetinin alimləri aşkar ediblər. Tədqiqat zamanı elm adamları həm sukraloza, həm də sukraloza-6-asetat birləşməsinə reaksiyanı görmək üçün insan qan hüceyrələri və bağırsaq divarı toxumaları üzərində bir sıra laboratoriya testləri keçiriblər.

DNT zədələnməsini aşkar etmək üçün standart analiz prosedurlarından istifadə etməklə bağırsaq hüceyrələrinin genetik aktivliyi üzərində də testlər aparılıb. Testlər maddənin DNT və bağırsağın selikli qişasına toksikliyini təsdiqləyib.

DNT orqanizmin böyüməsini və saxlanmasını idarə edən genetik kodu ehtiva etdiyi üçün şəkər əvəzedicisinin DNT-yə zərər vermə qabiliyyəti ciddi sağlamlıq problemidir.Tədqiqatçılar qida standartlaşdırma agentliklərini şəkər əvəzedicisinin təhlükəsizliyinə yenidən baxmağa çağırırlar.

Alimlərin fikrincə, DNT sukralozanın orqanizmdə mübadiləsi nəticəsində əmələ gələn kimyəvi birləşmə olan sukraloza-6-asetatı məhv edir. Avropa Qida Təhlükəsizliyi Təşkilatı bütün genotoksik maddələr üçün toksikoloji həddi adambaşına gündə 0,15 mikroqram təyin edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: DNT  





Xəbər lenti