Bəylə gəlin toy gecəsi infarktdan öldülər

   Bəylə gəlin toy gecəsi    infarktdan öldülər
  05 İyun 2023    Oxunub:1543
Hindistanın Uttar Pradeş ştatında gənc cütlük toydan sonra ürək tutmasından dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb.

Saytın məlumatına görə, ştatın şimalındakı kəndlərdən birində iyirmi iki yaşlı yerli sakin 20 yaşlı qızla ailə qurub. Şənlikdən sonra cütlük öz otaqalərına çəkiliblər və səhəri gün onların cansız bədənləri aşkarlanıb.

Meyitlərin yarılması prosesindən sonra hər iki gəncin ölüm səbəbinin infarkt olduğu müəyyənləşib. Müəmmalı ölüm xəbərini yerli polis də təsdiqləyib və cütlüyün meyitlərinin adət-ənənəyə uyğun olaraq yandırıldığı bildirilir.


Tural Tağıyev
AzVision.az



Teqlər: Toy   Hindistan  





Xəbər lenti