"Twitter" dəyərdən düşür

   "Twitter" dəyərdən düşür
  31 May 2023    Oxunub:1621
""Twitter"in hazırkı dəyəri İlon Maskın platforma üçün ödədiyi məbləğin yalnız üçdə biri bərabərdir".
AzVision.az xəbər verir ki, bu barədə investisiya və aktivlərin idarə edilməsi firması "Fidelity" məlumat yayıb. Maskın "Twitter"i almasından bir il keçməmiş şirkətin dəyəri düşməkdə davam edir. Sosial şəbəkənin hazırki bazar dəyəri təzminən 15 milyard dollardır.

Mask 2022-ci ilin oktyabrında dünyanın ən böyük sosial media platformalarından biri olan "Twitter"i 44 milyard dollara satın alıb. Həmin vaxt milyarder sahibkar sosial şəbəkə üçün lazım olandan artıq pul ödədiyini etiraf etmişdi. Ötən aylarda şirkət daxili yazışmalarından sızan məlumatda da Maskın 20 milyard dollardan az dəyəri olan platformaya 44 milyard dollar ödəməsi yer almışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti