Telefonu üçün su anbarını boşaltdı

   Telefonu üçün su anbarını boşaltdı
  27 May 2023    Oxunub:2170
Hindistanda su anbarı yaxınlığında selfi çəktirən hökümət nümayəndəsi Rajeş Vişvas telefonunu suya salıb. 1200 dollar dəyərində telefonu tapmaq üçün əvvəlcə dalğalara müraciət edib. Lakin nəticə olmadıqda dizel yanacaqla su nasosusunu işə salıb. 3 gündə anbardan 2 milyon litr su boşaldılıb.
BBC-nin xəbərinə görə, hadisədən sonra qanun pozuntusuna görə Vişvas barəsində araşdırma başlanılıb. O, telefonunda dövlətin gizli sənədlərinin olduğunu iddia edib.

Vişvas suyun boşaldılması üçün bənd rəsmisindən "şifahi icazə" aldığını söyləyib. O, iddia edib ki, məmur vurulan suyun yaxınlıqdakı suvarma kanalına yönəldiləcəyini və fermerlərin istifadəsinə veriləcəyini bildirib.

Bildirilib ki, axıdılan su 600 hektar kənd təsərrüfatı sahəsini təmin etməyə kifayət edir.

AzVision.az


Teqlər:





Xəbər lenti