Rusiya XİN taxıl müqaviləsini pozmaqla hədələdi

   Rusiya XİN taxıl müqaviləsini pozmaqla hədələdi
  26 May 2023    Oxunub:924
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, “Rusiya Kənd Təsərrüfatı Bankı” (“Rosselxozbank”) SWIFT-ə qoşulmasa, taxıl müqaviləsinin şərtləri iyulun 17-də başa çatacaq.
Bu barədə nazirliyin saytı nda məlumat verilib. Qeyd olunub ki, əgər “Rosselxozbank” “SWIFT”ə qoşulmasa və Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına mane olan digər sistemli problemlərin həllində irəliləyiş yoxdursa, maraqlı tərəflər Qara Dəniz Təşəbbüsünə alternativlər axtarmalı olacaqlar.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Rusiya Qərbin sazişlər üzrə öhdəliklərini yerinə yetirmək niyyətini təsdiqləməyərək, taxıl müqaviləsinin şərtlərini pozur.

AzVision.az


Teqlər:





Xəbər lenti