"Sudan qanunsuz istifadə halları hələ də var"

"Sudan qanunsuz istifadə halları hələ də var"
  26 May 2023    Oxunub:1176
"Sudan qanunsuz istifadə ilə bağlı rayonlar üzrə xüsusi qruplar yaradılıb və bu qrupların hər birinə "Azərsu"yun sədr müavinləri rəhbərlik edir".
AzVision.az xəbər verir ki, bunu "Azərsu " ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib. O qeyd edib ki, qruplar may ayının 1-dən fəaliyyətə başlayıb.

"Bu qrup ictimai- iaşə obyektlərinə, zavodlara baxışlar keçirir, tədqiqat aparır. Artıq bir neçə qanunsuz istifadə ilə bağlı faktlara rast gəlinib. Bəzi qeyri-əhali abonentləri tarif fərqindən yararlanmaq üçün qanunsuzluqlara əl atır".

A.Cəbrayıllı qeyd edib ki, sudan qanunsuz istifadə halları hələ də mövcuddur.

Aytən Zəhra
AzVision.az


Teqlər: Su  





Xəbər lenti