Dünya liderləri İlham Əliyevi təbrik edirlər

   Dünya liderləri İlham Əliyevi təbrik edirlər
  26 May 2023    Oxunub:833
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.

Ulu Tanrıdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah nəsib etməsini diləyirik. Zati-alinizə ən yüksək ehtiramımı çatdırıram”.

Bundan başq Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin, Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min, Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri və təsisçiləri də Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti