“Vaqner”in rəhbəri: “Bu işlər inqilabla qurtara bilər”

  “Vaqner”in rəhbəri:  “Bu işlər inqilabla qurtara bilər”
  26 May 2023    Oxunub:1037
Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojın Ukraynada gedən müharibədə üzləşdikləri məğlubiyyətin səbəblərini açıqlayıb.
AzVision.az xəbər verir ki, jurnalist Konstantin Dolqova müsahibəsində Yevgeni Priqojın bildirib ki, “Vaqner”in tərkibində maksimum eyni vaxtda 35 min nəfər döyüşürdü: “Döyüşçülərin ümumilikdə təxminən 20% öldürülüb və 20% yaralanıb”.

O qeyd edib ki, Rusiya hökumətinin elan etdiyi “demilitarizasiya” və “denasifikasiya” planları iflasa uğrayıb: “Kremlin Kiyevə qarşı hərbi əməliyyatlara başlamasından sonra Ukraynanı və onun ordusunu bütün dünya tanıyıb. Elan etdiyimiz “Demilitarizasiya”nın əksi baş verdi. Hərbi əməliyyatlar başlayanda onların Ukraynanın şərti olaraq 500 tankı var idisə, indi bu tankların sayı 5 mindir. Əgər o vaxt döyüşən ukraynalı hərbçilərin sayı 20 min idisə, indi bu rəqəm 400 mindir. Hazırda Ukrayna ordusu dünyanın ən güclü ordularından biridir. Bu necə “demilitarizasya”dır? Əksinə, biz Ukraynanı hərbiləşdirmişik”.

O müsahibəsində vurğulayıb ki, Rusiya hərbçlərinin və muzdlu döyüşçülərinin məğlub olmasına səbəb ölkənin ordu rəhbərliyi, konkret olaraq Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovdur: “Ordunun rəhbərliyini dəyişmək lazımdır. Çünki Rusiya ordusunun əsas problemi Şoyqu və Gerasimovdur”.

Hər iki generalı tənqid edən Priqojin rusiyalı məmurların övladlarının bahalı klublarda əylənməsindən də söz açıb: “Yaşasın vətənpərvərlik, real problemləri müzakirə etmədən, heç bir müsbət irəliləyişə nail olmaq mümkün olmayacaq”.

Priqojin əlavə edib ki, bu işlər 1917-ci ildəki kimi inqilabla qurtara bilər: “Biz təcili olaraq hərbi vəziyyət elan etməliyik. Ukrayna hərbçiləri öz məqsədlərinə çatmaqdan ötrü Sovet ordusunun İkinci Dünya müharibəsində olduğu kimi fəaliyyət göstərir. Onlar artıq bunu texnoloji cəhətdən yeni üsullarla edirlər. Baxmutdakı itkilər SSRİ-nin 1979-1989-cu illərdə Əfqanıstanda 15 min olduğu təxmin edilən itkilərindən daha çoxdur”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: “Vaqner”  





Xəbər lenti