Müxalifət geri çəkildi: Koçaryan məyusluğunun acığını mediadan çıxıb |
Üstəlik, müəllif müxalif düşərgədən əldə etdiyi məlumata əsaslanaraq
yazıb ki, Koçaryanla “Hayastan” fraksiyasının deputatları arasında mayın 4-də keçirilən görüşdə hərbi cani daşnaklardan narazılığını belə gizlətməyib.
"Etibarlı mənbələrimizdən öyrəndik ki, Robert Koçaryanla İşxan Saqatelyan arasında hətta bu barədə ciddi, gərgin söhbət də olub. İşxan Saqatelyandan məlum qalmaqalla bağlı şərh istədik. O dedi ki, “Bizim həmişə ciddi söhbətlərimiz olur, qalan yayılan xəbərlər isə doğru deyil. Bu, ikinci prezidentlə qurulmuş normal, işgüzar münasibətdir”, - "Joğovurd" yazıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Qarabağ klanı bir qədər aktivləşsə də sonradan Koçaryan-Sarkisyan cütlüyü mitiqn və ümumilikdə siyasi proseslərə az qarışdılar. Hətta yanvar ayında Robert Koçaryanın böyük siyasətdən getdiyi bildirilirdi.
Tural Tağıyev
AzVision.az