Sinan Oğan qərarını açıqladı |
"Biz bəyanatımızda hər hansı "bazarlıq" olmadığını bildirdik. İnsanlar o qədər müxtəlif ssenarilər yazır ki, onların təxəyyülünə heyranam. Ərdoğanla görüşdə yalnız "Türkiyəni daha güclü etmək üçün nələr edilə bilər və bizim necə töhfə verə biləcəyimiz" müzakirə olundu.
Hörmətli prezidentimiz fikirlərimizin heç birinə qarşı çıxmadı. Hətta dedi ki, "bu məsələlər sizin qırmızı xəttiniz kimi bizim də qırmızı xəttimizdir". Konstitusiyanın ilk 4 maddəsi, 66-cı maddəsinin hamısı müzakirə olunub".
Oğan qeyd edib ki, digər tərəfdə (red Kılıçdaroğlu) qaçqınların geri dönüşü ilə bağlı ciddiyyəti müşahidə etməyib:
"Kılıçdaroğlu qaçqınlar barədə yeni-1 həftə içərisində danışmağa başlayıb. Onlarda bu istiqamətdə ciddiyyətini müşahidə etmədik. Təklifə qarşı çıxmaq və qaçqınları eyni vaxtda göndərmək mümkün deyil".
Sinan Oğan həmçinin Kılıçdaroğluna səslənib:
"Xatırlatmaq istəyirəm: Bu gün 2-ci turdasınızsa, bu, Sinan Oğanın sayəsindədir. Bundan xəbəriniz varmı? Siz prezidentliyə zərrə qədər də ümid bəsləməmisiniz. Əgər 2-ci raunddasınızsa, bu gün bizə görədir. Sən hələ də oradasan, bizə bir şey deyirsən. Çıxın və bizə təşəkkür edin.
Hörmətli Kılıçdaroğlundan heç bir xahişim olmadı. Mən bir prinsip irəli sürdüm, biz öz prinsiplərimizi irəli sürdük. O, seçkidə qalib gələcəyinə inandırıcı heç nə işlətməyib. Qırmızı xəttim HDP idi. Onları buraxmaqla bu seçkidə necə qalib gələcəksiniz? Mən dedim, amma inandırıcı cavab almadım".
Qeyd edək ki, mayın 19-u Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "ATA" İttifaqının namizədi Sinan Oğanla görüşüb
AzVision.az