İlham Əliyev: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin fəal iştirakçısıdır"

      İlham Əliyev:    Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin fəal iştirakçısıdır"
  25 May 2023    Oxunub:798
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır.
AzVision.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən deyib.

Bakı-Tbilisi-Qars dəmir yolunun Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük”.

AzVision.az


Teqlər:





Xəbər lenti