"Məndə “Türk Evi”nə hücum edənin tutulması məlumatı yoxdur" - Soylu

   "Məndə “Türk Evi”nə hücum edənin tutulması məlumatı yoxdur" -    Soylu
  25 May 2023    Oxunub:795
"Nyu-Yorkda “Türk Evi”nə hücum edən şəxsin tutulması ilə bağlı Ankaraya hələlik məlumat daxil olmayıb". AzVision.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
“Hazırda bu şəxsin saxlanması ilə bağlı heç bir məlumatım yoxdur". Nazirin bildirib ki, ilkin məlumatlara görə, hücum edən şəxs əvvəllər ABŞ-a köçmüş türkdür.

Bazar ertəsi gecə naməlum şəxs Türkiyə konsulluğu və onun BMT-dəki nümayəndəliyinin yerləşdiyi Türk Evinin pəncərələrini sındırıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hücumçunu terrorçu adlandırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Soylu  





Xəbər lenti