"Ermənistan bizim müttəfiqimizdir" - Şoyqu

   "Ermənistan bizim müttəfiqimizdir" -     Şoyqu
  25 May 2023    Oxunub:723
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində birgə əməliyyat və döyüş hazırlığı fəaliyyətlərində iştirakının vacibliyini bəyan edib.
“Ermənistan bizim təşkilatın üzvüdür, müttəfiqimizdir, biz sülhün bərqərar olmasında maraqlıyıq və Transqafqazda vəziyyətin sabitləşməsi üçün mümkün olan hər şeyi edirik.

Eyni zamanda, Ermənistanın KTMT çərçivəsində birgə əməliyyat və döyüş hazırlığı fəaliyyətlərində iştirakının vacibliyini xüsusi qeyd etmək istərdim”, - Şoyqu KTMT üzvü olan dövlətlərin Müdafiə Nazirləri Şurasının iclasında bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Şoyqu  





Xəbər lenti