Döyüşə qocalar gedir... Lap qocalar! – FOTO

// Rusiya “T-55” tanklarını cəbhəyə göndərib

   Döyüşə qocalar gedir... Lap qocalar! –    FOTO
  15 May 2023    Oxunub:3696
"Xüsusi hərbi əməliyyat" çərçivəsində Rusiya Federasiyasının Silahlı Qüvvələrinin qarşısında qoyulan vəzifələri... Ukrayna ordusu uğurla həyata keçirməyə davam edir.
Rusiyanın arsenalını uğurla "demilitarizasiya" etməkdə olan Ukrayna Ordusu Baxmut yaxınlığında düşmənin “T-55” tankları ilə rastlaşıb. Bu isə o deməkdir ki, Т-62М(В), ZTR-50 və digər konservasiyadan çıxarılan texnikadan sonra, sıra 1958-dən 1979-cu ilə qədər istehsal edilən və dünyada ilk dəfə nüvə silahından avtomatik müdafiə sistemi ilə təchiz edilən tank kimi tanınan zirehli maşınlara çatıb.


Döyüş bölgəsində şəkili çəkilən ilk “T-55” tankları sənaye üsulu ilə hazırlanmayan ikisəviyyəli (!) anti-kumulyativ "tavanla", yaxud, xalq arasında "manqal" adlandırılan "müdafiə" qurğusu ilə seçilir. Hədəfi non-line-of-sight (düz nişan xətti üzrə olmayan) trayektoriya üzrə məhv edən tank əlehinə raket sistemlərinə qarşı hazırlanan bu qurğunun yalnız mənəvi təsəlli effekti mövcuddur. Bu həll daha üstün qorumaya malik “T-72” tanklarında belə effekt verməmişdi, o ki qalsın heç aktiv dinamik müdafiə blokları olmayan “T-55” tanklarında...

Hans Kloss
AzVision.az üçün



Teqlər: Müharibə   Rusiya   Ukrayna  





Xəbər lenti