Yaponiya Ukraynaya enerji avadanlıqları verəcək

Yaponiya Ukraynaya enerji avadanlıqları verəcək
  13 May 2023    Oxunub:1322
Yaponiya Ukrayna üçün 40 milyon dollara enerji avadanlıqları alacaq
AzVision.az xəbər verir ki, bu barədə Yaponiyanın Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) teleqramda məlumat yayıb.

Transformator yarımstansiyaları üçün enerji avadanlıqlarının ilk tədarükü 2023-cü ilin ikinci yarısına planlaşdırılır.

Ukrayna hökuməti ilə arasında qrant sazişinə əsasən, yarımstansiyalar üçün avadanlıq alınaraq “Ukrenerqo”ya veriləcək.

Tədarüklər avadanlıqların istehsal müddətindən asılı olaraq 2025-ci ilə qədər davam etməlidir.

Bu günə qədər JICA Ukraynaya 30-dan çox generator ötürüb.

2023-cü ilin martında Ukrayna üçün fövqəladə vəziyyətin bərpası proqramının maliyyələşdirilməsi üçün ümumilikdə 22,44 milyard yapon yeni (təxminən 170 milyon ABŞ dolları) məbləğində qrant sazişi imzalanıb.

AzVision.az



Teqlər: Yaponiya   Ukrayna  





Xəbər lenti