"Quterreş “biabırçı” təyinatı dayandırsın"

  "Quterreş “biabırçı” təyinatı dayandırsın"
  11 May 2023    Oxunub:2308
İranın BMT-nin Cenevrə ofisindəki səfiri Əli Bəhreyni mayın BMT-nin İnsan Haqları Şurasında “İctimai Assambleya”nın rəhbəri təyin edilib. BMT-nin Müşahidəçi şurasının direktoru Hillel Noyerin sözlərinə görə, BMT-nin İnsan Hüquqları Şurasının rəhbəri Vatslav Balek öz məktubunda şuranın “ictimai məclisi”nin iki günlük iclasının bu ilin noyabrında Əli Bəhreyninin sədrliyi ilə keçiriləcəyini bildirib.
AzVision.az xəbər verir ki, bu məlumat hüquq müdafiəçiləri və sosial şəbəkə istifadəçiləri arasında çoxlu sayda mənfi reaksiyalara səbəb olub və sözügedən məqamla bağlı internet kampaniyası başlayıb.

BMT-nin Müşahidəci şurasının icraçı direktoru Hillel Noyer öz tvitində bu təyinatı “utanc verici” adlandırıb.O, BMT-nin Baş katibi Antonio Quterreşi “biabırçı” təyinatı dayandırmağa çağıran onlayn kampaniyaya başlayıb.

BMT və İran rəsmilərindən məsələ ilə bağlı hələlik heç bir reaksiya yoxdur.

AzVision.az


Teqlər: BMT   İran  





Xəbər lenti