İmran Xanın müavini də həbs edildi

   İmran Xanın müavini də həbs edildi
  11 May 2023    Oxunub:1129
"Təhrik-e-İnsaf" müxalifət partiyasının sədr müavini və Pakistanın keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi cümə axşamı gecə həbs edilib. Bu barədə RİA Novosti partiyanın mətbuat xidmətinə istinadən xəbər verir.
"Təhrik-e-Insaf" sədrinin müavini Şah Mahmud Qureşi gecə həbs edilib", - məlumatda deyilir.

Qeyd edək ki, Pakistan şəhərlərində etirazlar mayın 9-da axşam saatlarında keçmiş baş nazir, müxalif "Tehrik-e-Insaf" partiyasının lideri İmran Xanın həbsindən sonra başlayıb.

Xanın saxlanmasından qısa müddət sonra onun partiyası ölkə boyu kütləvi mitinqlərə çağırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Pakistan  





Xəbər lenti