İran hakerləri barədə “Microsoft”dan xəbərdarlıq

   İran hakerləri barədə “Microsoft”dan xəbərdarlıq
  10 May 2023    Oxunub:1134
“İrana bağlı haker qrupları artıq “PaperCut” adlı ofis çap idarəetmə proqramında ciddi qüsurdan sui-istifadə etməklə məşğul olan maliyyə hakerlərinə qoşulublar”. “Microsoft” şirkətinin yaydığı xəbərdarlıqda belə deyilir.
AzVision.az xəbər verir ki, “Mango Sandstorm adlı İran haker qrupu (İranın Kəşfiyyat Nazirliyinin tabeliyindəki “Manqo qum fırtınası”, “Merkuri” və ya Palçıqlı su” kimi tanınan haker qrupu) və “Mint Sandstorm” adlı başqa bir qrup (SEPAH-a bağlı olan “Phosphorus” və ya “APT35” kimi də tanınır) “PaperCut”a qarşı hücumlara qoşulub və Microsoft onların izinə düşüb.

Hazırda dünyada 70 mindən çox şirkət və dövlət təşkilatlarında 100 milyondan çox istifadəçi çap cihazları üçün məhz “PaperCut” proqramı təminatından istifadə edir. Son günlər müxtəlif qruplar bu proqramın təminatındakı texniki səhvdən yararlanaraq, orada “ransomware” (qəsbçi proqram) quraşdırmaqla şirkətlərdən və şöbələrdən pul qoparırlar.

“Microsoft” habelə İran tərəfindən dəstəklənən hakerlərin son günlərdə “kiber infiltrasiya” əməliyyatlarını sürətləndirərək, “yalan” və “saxta xəbər” fəaliyyətlərini genişləndirdiklərini də açıqlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti