Bakının mərkəzində ölüm təhlükəsi - VİDEO

Bakının mərkəzində ölüm təhlükəsi - VİDEO
  27 May 2014    Oxunub:1135
Bakıda 17 ailə təhlükə ilə üz-üzədir. Ans TV-nin məlumatına görə, ailələr uçub dağılmaq təhlükəsi ilə qarşı-qarşıya olan binada yaşamağa məcburdur.
Nəsimi rayonu Bülbül prospekti 92,94,96 saylı binada yaşayanların sözlərinə görə, bu günə qədər dəfələrlə onlara köçürüləcəkləri deyilsə də, hələlik bir tədbir görülməyib.

2005-ci ildən müvafiq qurumlar adıçəkilən əraizyə gəlib gedir. Bu müddət ərzində də şikayətçilər bu təhlükəli pilləkənlərdən çıxıb-düşmək məcburiyyətində qalıblar. Öz hesablarına evlərini təmir etdirsələr də, heç bir xeyri olmayıb. Binanın döşəməsinə ayaq basmaq mümkün deyil. Bu isə onların həyatı üçün əsl təhlükəyə çevrilib. Binanın dam örtüyü uçmaq üzrədir. Pəncərələr qırıldığından sakinlər həmin yerə əski parçalar tıxayıblar.

Binanın həyəti də əsl təhlükə mənbəyidir. Həyətdə gəzmək belə mümkün deyil. Əgər burada yaşlıların, uşaqlarının yaşadığını nəzərə alsaq, o zaman vəziyyətin nə qədər ciddi olduğunu anlamaq heç də çətin olmaz.

Şikayətçi Tünzalə Seyidovanın sözlərinə görə, evlərinə qonaq belə dəvət edə bilmirlər. "Qoca arvad pilləkənlərdən yıxıldı. Burada sabah ölüm olsa kim cavab verəcək?".

Sakinlər ya yeni evlərlə təmin olunmalarını, ya da kompensasiya ödənilməsini tələb edirlər. Onların dəfələrlə müvafiq orqanlara etdikləri şikayətinə isə baxan olmayıb.

Nəsimi rayon İcra Hakimiyyətindən bisə bildirdilər ki, bina 2005-ci ildə BakI şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında “Veemes” adlı MTK-ya verilib. Sözügedən MTK-nın sədri Ramiz Seyidov dedi ki, sakinlərin evlərindən çıxarılmamasının səbəbi MTK ilə razılığa gələ bilməmələridir. Birinci dəfə danışıqlar zamanı hər kvadrat metrə görə 1500 manat verilməsi ilə razılıq əldə olunsa da, MTK ikinci dəfə sakinlərlə görüşəndə onlar daha çox kompensasiya ödənilməsini tələb ediblər. Bundan sonra isə aralarındakı razılıq pozulub.

Baxmayaraq ki, sözügedən ünvanda evdən çıxmaları ilə razı olan sakinlər də var. Ramiz Seyidov onu da əlavə etdi ki, əgər kimsə evdən çıxmırsa, o zaman həmin ünvanda digər ailələrin də köçürülməsi qeyri-mümkündür. Həmin ailələr o zaman köçürülə bilər ki, bütün bina sakinləri ilə razılıq əldə olunsun.

Belə olan halda sakinlər yaxşısı budur əvvəl öz aralarında, daha sonra isə MTK sədri ilə razılığa gəlsinlər ki, problemləri də həll olunsun. Əks halda onlar hələ çox gözləməli olacaqlar.




Teqlər:





Xəbər lenti