İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib - YENİLƏNİB-3

 İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib -  YENİLƏNİB-3
  27 Mart 2023    Oxunub:1447
İsrailin Azərbaycandakı səfirliyi işini qısa müddətə dayandırdıqdan sonra fəaliyyətini bərpa edib.
Bu barədə AzVision.az -a səfirlikdən məlumat verilib. "Tətil bitib və biz normal fəaliyyətə qayıtdıq", - diplomatik nümayəndəlikdən bildiriblər.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər.

20:51

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb.

Bu barədə AzVision.az -a səfirlikdən məlumat verilib. Qeyd olunub ki, səfirlik əməkdaşları həmkarlar ittifaqının bütün dövlət qulluqçularının məhkəmə islahatlarına etiraz etmək üçün meydana çıxmaq barədə çağırışına qoşulublar.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər. Ben-Qvirin rəhbərlik etdiyi "Yəhudi Gücü" partiyasından bildirilib ki, koalisiya məsləhətləşmələrindən sonra parlamentdə məhkəmə islahatlarının təsdiqini yay sessiyasına qədər təxirə salmaq qərara alınıb. Bundan əvvəl Ben-Qvir təxirə salınmanın qəti əleyhinə idi. Bunun müqabilində də Netanyahu yeni güc strukturunun - Milli Qvardiyanın formalaşmasına razılıq verib. Yeni struktur Ben-Qvirin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinin nəzarətinə veriləcək.

Martın 26-da İsraildə məhkəmə sistemindəki dəyişikliklərə qarşı kütləvi etirazlar başlayıb. 600 mindən çox insan küçələrə axışıb.

***

İsrailin bir neçə ölkədəki diplomatik nümayəndəlikləri tətil elan edib.

AzVision.az xəbər verir ki, ölkənin ABŞ, Fransa, Belçika, Cənubi Afrika Respublikası (CAR), Estoniya və Finlandiyadakı səfirlikləri bu gün işləməyəcək.

Diplomatik nümayəndəliklər yalnız fövqəladə xidmətlər göstərəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti