Yevlaxda itkin düşən yeniyetmələr tapılıb

Yevlaxda itkin düşən yeniyetmələr tapılıb
  20 Mart 2023    Oxunub:1326
Yevlaxda itkin düşən 4 yeniyetmə tapılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl Nazirlikdən bildirilib ki, Yevlax rayonunun Ərəş kəndində dörd yeniyetmə - 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu martın 19-da yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti