Ermənistan səfirliyimizə terroru pisləyən bəyannamənin qəbuluna mane oldu

   Ermənistan səfirliyimizə terroru pisləyən bəyannamənin qəbuluna mane oldu
  18 Mart 2023    Oxunub:843
Ermənistan İranın sifarişi ilə ATƏT-də Azərbaycan səfirliyinə qarşı terror hücumunu pisləyən bəyannamənin qəbul edilməsinə mane olub
AzVision.az xəbər verir ki, rəsmi İrəvan iki aya yaxın müddətdə davam edən müzakirələrə hər vəchlə maneçilik törədib və səfirliyə xain hücumu pisləyən, terror qurbanlarının ailələrinə başsağlığı diləklərinin çatdırıldığı, və ədalətin təmin olunması məqsədilə hərtərəfli istintaq aparılmasının vacibliyinin vurğulandığı bəyannamənin qəbuluna imkan verməyib.

Qeyd edək ki, bu bir daha Ermənistanın İranın ATƏT-də əsas təmsilçisi olmaqla yanaşı, sülhdə və əmin-amanlıqda maraqlı tərəf olmadığını göstərir.

Xatırladaq ki, 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Mavritaniyada keçirilmiş 49-cu sessiyası zamanı dünən qəbul edilmiş 5 qətnamədən biri “Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum” adlı qətnamə idi. Qətnamədə 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pislənir, İran hökumətini baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etməyə çağırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti