5 şagird və 1 müəllimdə telefon aşkarlandı

   5 şagird və 1 müəllimdə telefon aşkarlandı
  12 Mart 2023    Oxunub:2044
Xəbər verdiyimiz kimi, martın 12-də şagirdlər üçün buraxılış imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən AzVision.az - a bildirib ki, 5 şagirddə və 1 nəzarətçi-müəllimdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.

Bundan əlavə, imtahanın gedişi zamanı imtahan binasında əvvəlcədən gizlədilən 1 ədəd mobil telefon aşkar edilib. Həmçinin Ağcabədi rayonunda imtahan keçirilən binaların birinin arxa pəncərəsindən 2 nəfər kənar şəxs daxil olmağa cəhd edib və həmin şəxslər saxlanılaraq polis əməkdaşlarına təhvil verilib. İlkin araşdırma nəticəsində məlum olub ki, həmin şəxslər ötən illərin məzunlarıdır. Bir nəfər ümumiyyətlə buraxılış imtahanlarında iştirak etməyib, digər şəxs isə ötən il imtahanda iştirak edərək 20 bal toplayıb.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırılma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti