ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

   ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
  21 Fevral 2023    Oxunub:886
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Moskvadakı səfiri Lin Treysini çağırıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Qeyd olunur ki, Amerika diplomatik missiyasının rəhbəri ABŞ-ın Ukrayna tərəfində hərbi əməliyyatlarda artan iştirakı ilə əlaqədar demarş edib.

Səfirə bildirilib ki, “ABŞ-ın bütün sahələrdə Rusiya ilə qarşıdurmanı dərinləşdirmək üçün indiki aqressiv kursu” əks effekt verir.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar “ABŞ-NATO hərbçilərinin və texnikasının çıxarılması, eləcə də Rusiyaya qarşı düşmənçilik fəaliyyətinin dayandırılmasını nəzərdə tutan addımlar atmalıdır”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti