"İstanbulda 7 bal gücündə zəlzələ ola bilər" - Professor

   "İstanbulda 7 bal gücündə zəlzələ ola bilər" -    Professor
  21 Fevral 2023    Oxunub:1790
Türkiyədə iki həftədə baş verən dağıdıcı zəlzələlərdən sonra mütəxəssislər İstanbulda da mənzərənin pis olacağından narahatdırlar. Onlar zəlzələ bölgəsindəki tektonik qırılmaların digərlərini də tərpədəcəyi barədə xəbərdarlıqlar edirlər.
Professr Cəlal Şengor KAFA TV-yə açıqlamasında Marmara bölgəsində ən azı 7 bal gücündə zəlzələ gözlənildiyini deyib. O, bu zəlzələnin Yeşilköy və Tuzlada 9 bal gücündə hiss ediləcəyini açıqlayıb:

"Zəlzələnin böyüklüyü deyil, amma şiddəti hiss ediləcək. Yeşilköydə yer yaxşı deyil. Eyni zamanda Adalardakı evlər yaxşı olsa da, lakin qırılma xətti burnumuzun dibindədir. Zəlzələ Adaları sirkələdəcək, amma sünami təhlükəsi olmayacaq.

Şengör İstanbulda zəlzələnin 2 dəqiqə davam edəcəyini açıqlayıb.

"Əlimizdəki ölçülərə əsasən bu nəticəyə gəlmişik. İstanbulda sahil ərazilərdən uzaqda durmağı tövsiyə edirəm. Topkapı sarayı təhlükəli yerdədir. İstanbulda dəniz səviyyəsinin artması ehtimalı var. Burada zəlzələnin 7 bal gücündə olması gözlənilir",- deyə professor əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti