Hatay zəlzələsi nəticəsində Suriyada 5 nəfər ölüb

   Hatay zəlzələsi nəticəsində Suriyada 5 nəfər ölüb
  21 Fevral 2023    Oxunub:1324
Türkiyənin Hatay əyalətində baş verən zəlzələ nəticəsində Suriyada 5 nəfər həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə ərəb telekanalları məlumat yayıb.

"Al Arabiya" telekanalının məlumatına əsasən, 4 nəfər ilk yeraltı təkanlardan sonra ürək tutması nəticəsində ölüb. Telekanal həmçinin binanın uçacağı təqdirdə dağıntılar altında qalmaq qorxusundan insanların evlərin pəncərəsindən özlərini atması hallarının da olduğunu bildirir.

Zəlzələ nəticəsində ölənlərin olması barədə rəsmi məlumat yoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti