Hatayda zəlzələ: Ölən və yaralılar var

      Hatayda zəlzələ:    Ölən və yaralılar var
  20 Fevral 2023    Oxunub:1680
Türkiyənin Hatay əyalətində baş verən yeni zəlzələlər nəticəsində bir nəfər həlak olub.
Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, dağıntılar altında 4 nəfər qalıb: “Onlardan biri artıq xilas edilib, digər üçünün xilas edilməsi ilə bağlı işlər davam etdirilir”. Vitse-prezident Fuat Oktay isə bildirib ki, baş verən iki zəlzələ nəticəsində azı 8 nəfər xəsarət alıb.

Xatırladaq ki, Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib. Zəlzələlərdən sonra Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Türkiyədə baş verən güclü zəlzələlərdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq edib.


AzVision.az



Teqlər:





Xəbər lenti