Türkiyədə 20 dəqiqə ərzində iki güclü zəlzələ olub

    Türkiyədə 20 dəqiqə ərzində iki güclü zəlzələ olub
  20 Fevral 2023    Oxunub:2182
Türkiyədə yenidən güclü zəlzələ olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin episentiri Hatay vilayətinin Defne rayonunda 6,4 bal gücündə olub. Yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşir. Zəlzələnin Adanada da hiss olunduğu deyilir.

Türkiyənin bəzi KİV-lərində zəlzələ nəticəsində dağıntıların olduğu deyilir. Saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib. Qeyd olunub ki, dağıntılar altında insanla qalıb.

Hatayda baş verən 6,4 və 5,8 bal gücündə zəlzələlərdən sonra dəniz səviyyəsinin qalxması riskinə qarşı sahil zolağından uzaq durmaq barədə xəbərdarlıq edilib: “Hatayın Defne rayonunda 6,4, Samandağ rayonunda isə 5,8 bal gücündə iki zəlzələ olub. Vətəndaşlarımızın dəniz səviyyəsinin 50 santimetrə qədər qalxması riskinə qarşı ehtiyat tədbiri olaraq sahil zolağından uzaq durmaları vacibdir”, - məlumatda qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti